SÜJET
Dünya şöhrətli “NomadMania” səyyah klubunun üzvləri Qarabağa səfər ediblər.
Yurd.Media xəbər verir ki, əvvəlcə qonaqları daşıyan təyyarə artıq Füzuli Beynəlxalq Hava Limanına eniş edib.
Səfərin təşkilatçıları hava limanı barəsində qonaqlara geniş məlumat veriblər. Bildirilib ki, Füzuli işğaldan azad edildikdən sonra bu ərazi qısa müddət ərzində mina və partlamamış hərbi sursatlardan təmizlənib, beynəlxalq standartlara cavab verən liman inşa olunub.
6 qitədən təmsilçisi olan səyyah qrupu daha sonra Şuşaya səfər edib, şəhərin tarixi yerləri ilə tanış olub. Səyyahlar Xankəndiyə səfər zamanı Qarabağ Universitetində olublar.
Beynəlxalq səyyahlarının müxtəlif dövrlərdə Azərbaycana, xüsusi ilə də işğaldan azad olunmuş ərazilərə səfərlərindən hazırlanmış sənədli film təqdim olunub.
Sonra onlar Ağdam şəhərinə səfər ediblər. Səyyahların şəhərə səfəri ermənilərin tamamilə dağıtdığı Şəhidlər Xiyabanını ziyarətlə başlayıb.
İşğal altında olduğu müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən digər yaşayış məntəqələrində olduğu kimi, Ağdam şəhərində də vandalizm aktlarının törədildiyi səyyahların diqqətinə çatdırılıb.
Bu, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir. Budəfəki səfər zamanı 30 ölkədən olan səyyahlar Şuşa, Xankəndi və Ağdama səfər edəcəklər.