SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Yevlaxın kəndində məktəb qəzalı vəziyyətdə, sinif bağlanıb - VİDEO

Yevlaxın kəndində məktəb qəzalı vəziyyətdə, sinif bağlanıb - VİDEO

  • 02 noyabr 2025, 10:56
Yevlax

Yevlaxın Salahlı kəndində yerləşən orta məktəb qəzalı vəziyyətdədir. 

Yurd.Media xəbər verir ki, 400-dən çox şagirdin təhsil aldığı orta məktəbdə dam örtüyünün külək qoparan hissəsində yerləşən siniflər yağış yağan zaman su içində olur. Təbiət hadisəsinin yaradığı fəsaddan sonra məktəbin 7 sinfi bağlanıb, şagirdlər dəhlizdə dərs keçmək məcburiyyətində qalıblar.

Salahlı kənd sakinləri "Xəzər Xəbər"ə bildirirlər ki, küləkli, yağışlı havalarda uşaqlarını məktəbdən saxlamaq məcburiyyətində qalırlar.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, Yevlax rayonu, Bəylər Alıyev adına Salahlı kənd tam orta ümumtəhsil məktəbinin dam örtüyünün külək nəticəsində zədələnməsi ilə bağlı daxil olmuş müraciətlər Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən diqqətə alınıb:

"Məsələ qısa zaman ərzində həll ediləcək".

Prime Leasing
SPE Annual Caspian