SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Yevlaxda 90 illik məktəb yeni görkəm alır - FOTO

Yevlaxda 90 illik məktəb yeni görkəm alır - FOTO

Yevlax

Yevlax şəhərində S.Vurğun adına Şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbdə təmir tikinti işlərinin böyük hissəsi yerinə yetirilib, hazırda işlər yekunlaşmaq üzrədir.

Yurd.Media xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev məktəbdə həyata keçirilən tikinti işləri ilə yerində tanış olub.

Qeyd edək ki, 1936-cı ildə inşa edilən məktəb binası ilk olaraq xəstəxana kimi fəaliyyət göstərib, sonralar isə məktəbə çevrilib.

Uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşən məktəbdı tədris prosesinin normal aparılması mümkün olmurdu. 2024-cü ildən başlayaraq Elm və Təhsil Nazirliyi tərəfindən məktəbin köhnə binası sökülərək yerində 4 mərtəbəli, 582 yerlik yeni, müasir tələblərə cavab verən məktəb binasının tikintisinə başlanılıb.

Ötən müdət ərzində layihə üzrə nəzərdə tutulmuş işlərin böyük hissəsi yerinə yetirilib, hazırda işlər yekunlaşmaq üzrədir.

Məktəbdə müasir laboratoriyaların, kitabxananın, yeməkxananın, ən son avadanlıqla təchiz edilmiş kompyuter otaqlarının, emalatxananın, idman zalının fəaliyyət göstərməsi nəzərdə tutulub.

A.Tağıyev məktəbdə aparılan işlərin vaxtında baş çatdırılması və məktəbin ərazisində abadlıq işlərinin aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları