Xankəndidə təhsil kompleksinə rəhbər təyinatı baş tutub.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Xankəndi filialına direktor təyin olunub.
Sözügedən vəzifəyə müvafiq əmrlə Atabəy Quliyev təyinat alıb.
O, bu təyinatdan əvvəl kompleksdə Təhsilin inkişafı üzrə məktəb direktorunun müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi bu günlərdə Xankəndi şəhərində yeni filialının açılışını elan edib. Xankəndi filialında 2026-2027-ci tədris ili üçün məktəbəqədər və ibtidai bölmələr üzrə şagird qəbulu açıqdır.
Atabəy Quliyev