Avqustun 19-da ali təhsil müəssisələrinə qəbul üçün müsabiqəyə yekun vurulub. Hazırda abituriyentləri ən çox düşündürən sual müsabiqə nəticələrinin nə zaman açıqlacağıdır.
“Hazırda müsabiqə nəticələrinin emalı davam edir və ümumi müsabiqədən əvvəl ali təhsil müəssisələrinə (xüsusi təyinatlı təhsil müəssisələri, Azərbaycan – Fransız Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və s.) yerləşdirilənlərin, o cümlədən müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunanların siyahıları dəqiqləşdirilir”.
Bu barədə Yurd.Media-nın sorğusuna cavab olaraq DİM-dən bildirilib. Qeyd edilib ki, ixtisas seçiminin nəticələri növbəti həftə elan olunacaq:
”Bu proses müəyyən qədər vaxt tələb edir. Müsabiqə nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur”.