Ucarda 65 il əvvəl tikilmiş məktəb binası tədrisin həyata keçirilməsi üçün yararsız vəziyyətdə idi.
Bu səbəbdən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 720 şagirdlik yeni məktəb binasının inşasına başlanılıb.
Yurd.Media xəbər verir ki, tikintisi 2025-ci ilin dekabrında başa çatan Ucar şəhər 2 nömrəli tam orta məktəb 5 korpusdan ibarətdir. Təhsil ocağının fənn kabinetləri və laboratoriyaları zəruri mebel və avadanlıqla, əyani vasitələrlə təchiz edilib.
Şagird və müəllimlərin istifadəsinə verilən sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompüter, hərbi-hazırlıq, tibb, əmək təlimi otaqları, kitabxana, bufet və yeməkxana, akt və idman zalları, açıq idman meydançası tədrisin yüksək səviyyədə həyata keçirilməsini təmin edəcək.
Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.