SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Siçan iyindən sinifdə dayanmaq olmur - Xaçmaz məktəbi bərbad durumda - VİDEO

"Siçan iyindən sinifdə dayanmaq olmur" - Xaçmaz məktəbi bərbad durumda - VİDEO

  • 24 oktyabr 2025, 22:06
Xaçmaz

Xaçmaz rayonunun Mürşüdoba kənd məktəbinin binası yararsız vəziyyətə düşüb.

Yurd.Media xəbər verir ki, 300-ə yaxın şagirdin təhsil aldığı məktəb 80-90 ildir fəaliyyət göstərir.

Valideynlər "Baku TV"yə bildirilər ki, uşaqların belə şəraitdə təhsil alması çox təhlükəlidir:

"Divarlarda çatlar var, dam hər an uça bilər. Hasarlar da aşmaq üzrədir. Hansısa uşağın üstünə aşsa, buna kim cavab verəcək?".

Digərləri də məktəbdəki antisanitar şəraitdən şikayətlənib:

"Damdan su damır, qapı-pəncərə, demək olar ki, yoxdur. Siçan iyindən isə sinifdə dayanmaq mümkün deyil. Uşaq iki gün məktəbə getsə, iki həftə xəstəxanada qalırıq".

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, mövcud vəziyyətindən xəbərdardırlar. Binanın əsaslı təmiri və yenidən tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb.

Prime Leasing