SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Şəmkirdə şagirdlərin təhlükəsizliyi müzakirə olunub

Şəmkirdə şagirdlərin təhlükəsizliyi müzakirə olunub

Şəmkir

Şəmkir rayonunda şagird təhlükəsizliyinin təmin olunmasına həsr olunmuş tədbir keçirilib.

Yurd.Media xəbər verir ki, tədbirdə məktəbdaxili və məktəbətrafı mühitdə təhlükəsizliyin gücləndirilməsi, risk faktorlarının müəyyənləşdirilməsi, zorakı halların qarşısının alınması və kibertəhlükəsizlik məsələləri əsas müzakirə mövzuları olub.

Müzakirələr zamanı vurğulanıb ki, şagirdlərin təhlükəsiz, sağlam və keyfiyyətli təhsil mühitində formalaşması əsas prioritetdir. Bu istiqamətdə əlaqəli fəaliyyətin gücləndirilməsinin vacibliyi qeyd edilib, təkliflər dinlənilib və şagird təhlükəsizliyinin təmin olunması sahəsində əsas hədəflər müəyyən edilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Qazax–Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyi, eləcə də məktəb rəhbərləri və psixoloqlar iştirak ediblər.

Xatırladaq ki, 1 həftə əvvəl Şəmkir rayonun Kür qəsəbəsində iki məktəbli arasında bıçaqlanma hadisəsi baş vermişdi. Belə ki, qəsəbə sakinləri, 2009-cu il təvəllüdlü (17 yaş) H.Abuzərli şəxsi münasibətlər zəminində, 2011-ci il təvəllüdlü (15 yaş) S.Məmmədlini bıçaqlayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları