Regional təhsil idarələrinə yeni müdirlər təyin olunub

Regional təhsil idarələrinə yeni müdirlər təyin olunub

  • 21 aprel 2025, 11:02
Şirvan

Regional təhsil idarələrinə yeni müdirlər təyin olunub.

Bu barədə "Yurd.Media"ya MÜTDA-dan məlumat verilib.

Elm və təhsil nazirinin müvafiq əmri ilə Ramin Abbasov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, Həmid Qasımov Mərkəzi Aran Regional Təhsil İdarəsinin, Bəhruz Nəbili Mil-Muğan Regional Təhsil İdarəsinin, Vüqar Dadaşov Qazax-Tovuz Regional Təhsil İdarəsinin, Rəşad Musayev Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin ediliblər.