SÜJET
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gələn maraqlı layihələrindən biri icra olunub.
Yurd.Media xəbər verir ki, "Fərdi layihələr" kateqoriyası üzrə qalib gəlmiş “Skaut dəstəsinin fəaliyyətinə resurs dəstəyi" layihəsinin Oğuz rayon Qarabaladır kənd ümumi orta məktəbində düşərgəsi təşkil edilib.
Üç günlük proqram çərçivəsində skautlar üçün müxtəlif praktiki və nəzəri təlimlər təşkil olunub. Düşərgədə 30 nəfər skaut və təlimçi iştirak edib.
Məktəblilər ilk düşərgənin təşkilində, çadır evlərin qurulmasında yaxından iştirak edib, fəallıq göstəriblər. Çünki yaşadıqları kənddə, təhsil aldıqları məktəbdə ilk dəfədir düşərgə salınır və onlar skaut qaydalarına uyğun təlimlərə, məşğələlərə cəlb olunublar.