“Müəllimlərin işə qəbul imtahanında iştirak hamıya ödənişli olmayacaq. Hər il 60000 adam müraciət edib 48000 adam gəlir, bu da əlavə xərcdir. 5-10-100 adam deyil, 12000 adamın ödənişindən söhbət gedir”.
Yurd.Media məlumatına görə, bunu Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən media brifinqdə səsləndirib. Nazir, MİQ imtahanının ödənişsiz olacağı şəxsləri də açıqlayıb:
“İmtahan təşkil ermək ucuz başa gəlmir. Təxminən 10000-dən artıq adam var ki hər il imtahana gəlir və az bal toplayaraq kəsilir, bu lotereya deyil, ödənişsiz olduqda məhsuliyyət hissi az olur. Qanun qəbul olunarsa, ictimaiyyətə açıqlanacaq. Bir çox qruplara isə imtahan yenə də ödənişsiz qalacaq. Sosial yardım alanlar, ilk dəfə iştirak edənlər, şəhid ailələrinin üzvləri üçün. Məqsəd pul toplamaq deyil, məsuliyyət hissi yaratmaqdır”.