“Son illər ərzində məktəbəqədər təhsil müəssisələrində ölkə üzrə əlavə yerlər 120-130 min nəfərədək artıb”.
Yurd.Media xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən media brifinqdə səsləndirib. O, məktəbəqədərki təhsilin PİSA nəticələrinə olan təsirindən də danışıb:
“Növbəti ildə 50%-dək şagird sayında artım planlaşdırırıq. Ölkəmizin təhsili üçün çox vacib məsələdir. Bunun təsirini dərhal görmürük. Builki PİSA nəticələrində bunun təsirini görməyəcəyik. 2029-cu ildə isə görə bilərik”.
Nazir qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda 7 məktəbəqədər təhsil müəssisəi fəaliyyət göstərir:
“Qarabağ və Şərqi Zəngəzurda hazırda 243 uşaq məktəbəqədər təhsilə cəlb olunublar. Növbəti tədris ilində daha 6 təhsil müəssisəinin açılması planlaşdırılır”.