SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Nazir Kəlbəcər məktəbliləri ilə Son zəngi qeyd edib - FOTO

Nazir Kəlbəcər məktəbliləri ilə "Son zəng"i qeyd edib - FOTO

  • 13 iyun 2026, 21:33
Kəlbəcər

Elm və təhsil naziri Emin Əmrullayev Kəlbəcər rayonu B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən "Son zəng" tədbirində iştirak edib.

Bu barədə Yurd.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Nazir məktəbin ilk və yeganə məzunu Nəzrin Atakişiyevanı məzun olması münasibətilə təbrik edib, ona gələcək təhsil həyatında uğurlar arzulayıb.

Tədbir zamanı işğaldan azad edilmiş ərazilərdə təhsilin bərpası istiqamətində görülən işlərdən, Kəlbəcərdə formalaşan yeni təhsil mühitindən danışılıb.

Tədbir şagirdlərin ifasında hazırlanmış maraqlı "Son zəng" proqramı ilə yekunlaşıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları