SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Nazir diplomların tanınması və rusdilli məktəblərlə bağlı məsələyə aydınlıq gətirib

Nazir diplomların tanınması və rusdilli məktəblərlə bağlı məsələyə aydınlıq gətirib

“Bizim vətəndaşların bəziləri hansısa ölkədə ali təhsil alır, lakin oranın dilini bilmir, buna baxmayaraq, diplomumun tanınmasını istəyir. Onun diplomunu necə tanımaq olar?!”

Yurd.Media xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən media brifinqdə səsləndirib.

Nazir bildirib ki, bəzi şəxslər dost-tanış xatirinə diplom əldə etməkdə maraqlıdırlar:

“Bizim işimiz də qeyri-qanuni yolla diplom alan adamların diplomunu təsdiqləməməkdir. Həmin insanlar bilirlər ki, diplom tanınmayacaq, yenə də ətrafdakılara xatir qeyri-qanuni diplom əldə edir”.

Məktəblərində rus bölmələri ilə bağlı məsələyə münasibət bildirən nazir qeyd edib ki, müəyyən mənada Azərbaycan vətəndaşlarının öz dili ilə yanaşı, rus dilini öyrənməsi yaxşı haldır.

“Prinsip eribarilə bütün rusdilli bölmələrin bağlanması gündəmdə deyil”.

Prime Leasing