SÜJET
“Artıq ölkə üzrə 30-dan çox lisey və gimnaziya fəaliyyət göstərir və bu say artmaqdadır”.
Yurd.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev 2024-2025-ci tədris ili üzrə Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılma mərasimində deyib.
“Xüsusilə bölgələrdə yeni liseylərin yaradılması planlaşdırılır. Elə bölgələr var ki, orada bu tip təhsil müəssisələri indiyə qədər mövcud olmayıb. Bu genişlənmə prosesində əhalinin sayı və təhsil ehtiyacları nəzərə alınır”,- nazir qeyd edib.