SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Kurs sertifikatları niyə ali təhsil diplomunu kölgədə qoyur? - ARAŞDIRMA

Kurs sertifikatları niyə ali təhsil diplomunu kölgədə qoyur? - ARAŞDIRMA

Azərbaycanda əmək bazarında yeni tendensiyalar müşahidə olunur - son illər işə qəbul zamanı ali təhsil diplomu ilə yanaşı müxtəlif kurslar üzrə sertifikatların tələb edilməsi geniş yayılıb. Bu yanaşmanın nə dərəcədə düzgün olduğu, diplomun əmək bazarındakı real çəkisi və mövcud təhsil sisteminin tələblərə nə qədər cavab verdiyi həm mütəxəssislər, həm də işəgötürənlər tərəfindən fərqli prizmalardan dəyərləndirilir. 

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Yurd.Media-ya bildirdi ki, bu dövlətin qarşıya qoyduğu istiqamətlərdən deyil:

"İşəgötürənlər tərəfindən müvafiq ixtisaslaşma sertifikatının tələb olunması yanlışdır. Çünki kurslar dövlət qeydiyyatına alınmayan və yaxud lisenziya artırılmayan qurumdur. Diplom hazırda əsas keçərli dövlət sənədidir. Yalnız diplom əsasında işə qəbul aparılır. Kurslar özəl qurum və sahibkarlıq subyekti olduğuna görə, onların sertifikatı ilə dövlət təhsil diplomları arasında kifayət qədər fərq var. Əlbəttə ki, bu kimi qərar alan müvafiq iş yerləri yanlışlığa yol verirlər. Bu da diplomlu şəxslərin işlə təminatında ciddi problem yaradır".

təhsil eksperti Elçin Əfənditəhsil eksperti Elçin Əfəndi

Ekspert onu da qeyd edib ki, zamanla bu istiqamətdə dövlət tərəfindən müvafiq addımlar atılmaqla müəyyən işbazlar və bəzi təşkilatlar, onların yol verdiyi qanundan kənar əməllər sıradan çıxarılmalıdır. Əks halda diplomlu amma işsiz ordu daha da artacaq.

İnsan Resursları üzrə menecer Röyal Əhmədov isə Yurd.Media-ya bildirib ki, işəgötürənlərin bu cür yanaşmasının səbəbi var:

"Ümumiyyətlə universitet bitirib əmək bazarına atılan gənclərimizin diplomunun deyil, kurs sertifikatlarının üstün olmasının və işəgötürənlərin bu cür yanaşmasının səbəbi var. Çünki Azərbaycanda olan təhsil sistemində müəyyən çatışmazlıqlar və uyğunsuzluqlar var. Misal olaraq: universitetdə keçirilən dərslər daha çox nəzəriyönümlü olur, tələbələr daha çox köhnə proqramlar əsasında məlumatlandırılır. Bu da təbii ki, ali təhsil diplomlu gənclərimizin hazır kadr olmadığına dəlalət edir. Bundan başqa həm də praktiki bacarıqları inkişaf etmir. Amma kurslar daha çox praktikyönümlü və bazar tələblərinə uyğun gənclər yetişdirirlər. Buna misal kimi insan resursları, mühasibatlıq, satışla bağlı sahələri göstərmək olar".

İnsan Resursları üzrə menecer Röyal Əhmədovİnsan Resursları üzrə menecer Röyal Əhmədov

R.Əhmədov onu da vurğulayıb ki, işəgötürənlərin, insan resursları sahəsində çalışanların və yaxud rəhbərlərin düşüncəsinə görə ən azından kurslar əmək bazarının tələblərinə uyğun olaraq gəncləri yetişdirməyə istiqamətləniblər:

"Təbii ki, burada mükəmməl bir təhsildən söhbət gedə bilməz. Hazırda əmək bazarında əvvəlki bilik və bacarıqlar indiki bilik və bacarıqla eyni deyil. O zaman bir sual yaranır. Təhsil sistemimiz də bu formatda dəyişirmi? Təbii ki, yox. Hazırda gənclərimiz nəzəriyönümlü təhsil aldıqlarına görə, praktiki olaraq onların bacarıqları üzə çıxmır. Bu təhsil sistemimizin ən böyük problemidir. 4 il oxumuş tələbə sonra əmək bazarında 3 aylıq kurs keçib işə daxil ola bilirsə, deməli bir kursun 3 ayda öyrətdiyini bir universitet 4 ildə öyrədə bilmir. Təbii ki, bu çətindir, birdən-birə mükəmməl bir sistem yaratmaq qeyri-mümkündür", - deyə o bildirib.

Ümid varıq ki, bu məəələ gənclərimizin gələcək karyeralarında ciddi problem yaratmaz.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları