SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Müəllimlərin vakansiya seçimi başladı

Müəllimlərin vakansiya seçimi başladı

  • 08 avqust 2026, 12:44

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirləri tətbiq edilən məktəbləri üçün vakansiya seçimi mərhələsinə start verilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Yurd.Media-ya bildirilib ki, proses bu gün – avqustun 8-i saat 11:00-dan etibarən başlayıb və avqustun 10-u saat 11:00-dək davam edəcək. Namizədlər öz şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimini həyata keçirə bilərlər.

Agentlik namizədlərə seçim zamanı diqqətli olmağı və prosesi bitirdikdən sonra elektron ərizələrini mütləq şəkildə təsdiqləməyi tövsiyə edib.

Qeyd edilib ki, hər hansı bir vakant yeri tutduqdan sonra ondan imtina edən şəxslərin növbəti vakansiya seçimi mərhələlərində iştirakına icazə verilməyəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları