SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Müəllimlərin sertifikasiya imtahanı üzrə müsahibənin keçiriləcəyi tarix məlum olub

Müəllimlərin sertifikasiya imtahanı üzrə müsahibənin keçiriləcəyi tarix məlum olub

  • 11 sentyabr 2025, 18:24

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Yurd.Media xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan resusları Mərkəzindən bildirilib.

Müəllimlər portal.edu.az platformasında yerləşən "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla müsahibə məlumatları ilə tanış ola bilərlər.

Müsahibə mərhələsi barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.

Xatırladaq ki, test imtahanlarında keçid balını toplayan şəxslərin əməkhaqqına 10 %, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına isə 35 % əlavə veriləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları