"Artıq 4 ildir ki Elm və Təhsil Nazirliyində fəaliyyət daha çox dərslərin keyfiyyəti ilə bağlı aparılan işlərə yönəlib. Bununla əlaqədar keyfiyyət monitorinqləri və dördüncü sinif qiymətləndirmələri kimi iki mühüm istiqamət üzrə iş aparılır".
Yurd.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılğı ilə "2025-2026-cı tədris ili yeniliklər və hədəflər" mövzusunda keçirilən konfransda Təhsil İnstitutunun direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev bildirib. Data məlumatları təqdim edən Elnur Əliyev deyib ki, 27% şagird dərslərə tam diqqət cəlb edə bilib:
"Müəllimlərin ev tapşırıqlarının yoxlanılması müddəti azalıb. Bu da təhsildə irəliləyiş hesab olunur.
Son iki ildə ayrı-ayrılıqda hər bir məktəbdə hesabatlar aparılır. Yığılan hesabatlar ümumi data məlumatların çıxarılmasına və növbəti illərin fəaliyyətinin proqnozlaşdırılmasına müsbət təsir edir".