SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Mingəçevirdə yanğın baş verən məktəbdən AÇIQLAMA

Mingəçevirdə yanğın baş verən məktəbdən AÇIQLAMA

  • 18 fevral 2026, 19:01
Mingəçevir

Mingəçevir şəhəri 19 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən yanğınla bağlı məlumat yayımlanıb.

Məktəbdən Yurd.Media-ya bildirilib ki, təhsil ocağının bufetində elektrik xətlərində yaranmış qısaqapanma nəticəsində kiçikmiqyaslı yanğın qeydə alınıb.

Məlumata görə, əvvəlcədən görülmüş təhlükəsizlik tədbirləri nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb.

"Müvafiq plana uyğun olaraq şagirdlər və pedaqoji heyət dərhal təhlükəsiz əraziyə təxliyə edilib, onların səhhətində hər hansı problem qeydə alınmayıb".

FHN-in müvafiq qüvvələri tərəfindən yanğın qısa müddətdə söndürülüb.

Hazırda aidiyyəti qurum tərəfindən hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.

Təlim-tədris prosesi fasiləsiz olaraq davam edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları