SÜJET

Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt
Magistr imtahanının rekordçusu bu univerisitetin tələbəsidir

Magistr imtahanının rekordçusu bu univerisitetin tələbəsidir

  • 30 may 2025, 17:44

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini açıqlayıb.

İmtahan nəticələrinə görə, imtahanda ən yüksək bal toplayan 3 nəfərdən biri Aydan Süleymanovadır.

Yurd.Media xəbər verir ki, Modern.az-ın məlumatına görə, o, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsidir.

İmtahanda 95,5 bal toplayan Aydan UNEC-də Maliyyə ixtisası üzrə beynəlxalq iqtisad məktəbi fakultəsində bakalavr təhsili alır.

"Öz ixtisasım üzrə təhsilimi davam etdirməyi planlaşdırıram. Hələ hər hansı universiteti seçmək barədə düşünməmişəm”, - tələbə saytımıza açıqlamasında bildirib.