SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
DİM-in müxtəlif nəşrləri şəhid övladlarına hədiyyə edilib

DİM-in müxtəlif nəşrləri şəhid övladlarına hədiyyə edilib

  • 01 iyun 2025, 15:11

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 6-10 yaş arasında olan şəhid övladlarına “Abituriyent” jurnalı redaksiyasının müvafiq yaş qrupları üçün qiymətləndirmə kitabçaları hədiyyə edilib.

Dövlət İmtahan Mərkəzindən Yurd.Media-ya verilən məlumata görə, bayram günü münasibətilə 108 şagirdə 12 adda 324 kitab təqdim olunub.

Bu vəsaitlərdən sinif şagirdləri, eləcə də müəllimlər faydalana bilərlər. Kitabçalarda uşaqların psixoloji diaqnostikası, Azərbaycan, ingilis və rayaziyyat fənlərinə aid qiymətləndirmə tapşırıqları yer alıb.

Prime Leasing