Xocavənd və Beyləqan məktəbliləri arasında “İntellekt Liqası”nın II turu keçirilib.
Yurd.Media xəbər verir ki, “İntellekt Liqası”nın II turu “Xocavənd Gənclərinin İnkişafına Dəstək” İctimai Birliyi və Mil İntellektual Klubunun təşkilatçılığı ilə baş tutub.
Turnirdə Xocavənd və Beyləqan rayonlarından olan məktəbliləri təmsil edən 21 komanda iştirak edib. Yarış iştirakçıları “Xəmsə” Milli İntellektual Oyunu üzrə müxtəlif sualları cavablandıraraq öz bilik və məntiqi düşünmə bacarıqlarını nümayiş etdiriblər.
Maraqla qarşılanan turnir gərgin və prinsipial mübarizə şəraitində keçib. Yarışın yekun nəticələrinə əsasən, qaliblər müəyyənləşib.
Beləliklə, “Black Wolves” komandası I, “Şahinlər” komandası II, “Turan” komandası isə III yerə layiq görülüb.
Qeyd edək ki, “İntellekt Liqası” məktəblilər arasında intellektual oyunlara marağın artırılması, onların bilik və dünyagörüşünün inkişaf etdirilməsi, həmçinin komanda şəklində düşünmə və qərarvermə bacarıqlarının gücləndirilməsi məqsədi daşıyır.

