SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Göygöldə tikintisi illərdir bitməyən kənd məktəbi

Göygöldə tikintisi illərdir bitməyən kənd məktəbi

Göygöl

Göygöl rayonunun Topalhəsənli kənd məktəbininin tikintisi 6 ildir ki, başa çatmaq bilmir.

Yurd.Media xəbər verir ki, ötən əsrin 30-cu illərində inşa olunmuş məktəb binası uzun müddət xidmət göstərib. Dəfələrlə təmir olunan bina bir neçə il əvvəl tamamilə sökülüb.

Sakinlər "Xəzər Xəbər"-ə bildirib ki, Topalhəsənli kənd məktəbi 6 il əvvəl yenisinin tikintisi məqsədilə sökülüb:

"Bu məktəb 1933-cü ildə tikilib və o vaxtdan bəri fəaliyyət göstərib. 6 il əvvəl sökməyə başladılar, 3-4 ay iş davam elədi. Amma sonra fasilə verdilər və dedilər ki, pul ayrılmayıb".

Məktəbin tikintisinə 1 il əvvəl yenidən başlanılıb, amma proses yarımçıq qalıb. Kənd sakinləri bildirib ki, məktəbdə söküntü işləri başlayandan tədris prosesi Göygöl şəhər 2 nömrəli məktəbə köçürülüb və şagirdlərin daşınması üçün mikro avtobuslar ayrılıb. Prosesin uzanması valideynlərdə narahatlıq yaradır.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbin binasında söküntü işləri 2024-cü il may ayında yekunlaşıb. Şagirdlər həmin dövrdən etibarən təhsillərini Göygöl şəhər 2 nömrəli tam orta məktəbdə davam etdirirlər, onların daşınması xüsusi nəqliyyat vasitəsi ilə təmin edilir. Söküntü işləri təxminən 5 il əvvəl başlayıb və tədricən aparılıb. Ötən il isə tam sökülüb. Yeni binanın 2025-ci ilin sonunadək istifadəyə veriləcəyi planlaşdırılır.

Prime Leasing