"Bu il ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) fənlərindən şəkillər əsasında hekayə qurmaq tələb edən yeni yazılı tapşırıq forması təqdim edilib".
Bu barədə Yurd.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, buraxılış imtahanında xarici dil fənləri üzrə imtahan modelində dəyişiklik gözlənilmir:
"2027-ci ildə keçiriləcək XI sinif üzrə buraxılış imtahanında bu tip tapşırıq forması tətbiq olunacaq. Yəni 2026-cı ildə XI sinif üzrə keçiriləcək buraxılış imtahanında xarici dil fənləri üzrə imtahan modelində dəyişiklik olmayacaq".