“Əyani tədrisin başlaması Formula1 yarışmasına görə gecikə bilər. Hansısa təhsil müəssisələrinin onlayn tədrisə keçməsi gözləniləndir”.
Yurd.Media xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən media brifinqdə deyib. O, bildirib ki, onlayn tədrisə keçəxək məktəblərin siyahısı öncədən elan ediləcək:
“Buna təhsil müəssisəsi özü qərar verir və bizə bildirir. Bakıda mötəbər hadisələr keçiriləndə bu təcrübə tətbiq olunub. Bunun siyahısını təqdim edəcəyik. Bütün məktəblərə şamil edilməyəcək.”