"Diamond Academy" ingilis dili tədrisi istiqamətində yeni imkan təqdim edib.
Akademiyadan Yurd.Media-ya verilən məlumata görə, "Westminster College London" tərəfindən rəsmi TESOL sertifikatı əldə etmiş müəllim artıq "Diamond Academy"nin komandasına qoşulub.
Yeni tədris proqramı çərçivəsində peşəkar müəllim heyəti tərəfindən intensiv ingilis dili dərsləri keçiriləcək. Təlimlərdə həftədə 6 dəfə olmaqla, hər biri 2 saat davam edən dərslərin təşkili nəzərdə tutulur.
Məlumata görə, tədris 21–31 avqust tarixlərində keçiriləcək.
"Diamond Academy"dən bildirilib ki, proqram ingilis dili biliklərini peşəkar səviyyədə inkişaf etdirmək istəyənlər üçün nəzərdə tutulub.
Ətraflı məlumat üçün +994 50 282 57 97 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.