SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Bakı Qızlar Universitetində onlarla əməkdaşın taleyi necə olacaq? - VİDEO

Bakı Qızlar Universitetində onlarla əməkdaşın taleyi necə olacaq? - VİDEO

  • 07 avqust 2026, 09:59

Universitetin tələbələri başqa ali məktəblərə köçürülür, amma illərlə həmin tələbələrə dərs deyən müəllimlərin və universitetdə çalışan texniki heyətin gələcəyi hələ də məlum deyil.

Yurd.Media xəbər verir ki, Bakı Qızlar Universitetinin onlarla müəllimi, eyni zamanda texniki işçisi işini itirmək təhlükəsi yaşayır.

Bakı Qızlar Universitetində oxuyan tələbələrin digər özəl universitetlərə köçürülməsi haqda qərar verilib, lakin qərar bir çox müəllimə, eləcə də texniki işçiyə şamil edilməyib.

Müəllimlər "Xəzər Xəbər"ə deyirlər ki, onları həm tələbələrdən ayrılmaq, həm də işsiz qalmaq narahat edir:

"Müəllimlərin sonrakı aqibəti ilə bağlı qərar yoxdur. Məlumdur ki, tələbələrimiz digər universitetlərə köçürüləcək. Bu da bizi, tələbələrimizi və valideynləri narahat edən məsələ idi. Mən də daxil olmaqla, əsas iş yeri bu universitet olan müəllimlər artıq faktiki olaraq işsiz qalıblar".

Digər müəllim isə bildirib ki, uzun illər bu universitetdə fəaliyyət göstərən akademik və texniki heyətin işsiz qalması hamını narahat edir:

"Aidiyyəti qurumlardan xahiş edirik ki, bizim işsiz qalmağımızı nəzərə alaraq işlə təmin olunmağımıza yardım göstərsinlər".

Bakı Qızlar Universitetində onlarla əməkdaşın taleyi necə olacaq? - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları