“Go to school” layihəsinin hər il həcmi artırlır. Bu, özəl-dövlət partnyorluğudur. Buna valideyn qərar verir ki, servislə getsin ya yox”.
Yurd.Media-nın məlumatına görə, bu fikirləri Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən media brifinqdə bildirib.
O, avtobus qiymətlərinin dəqiq müəyyən olunmadığını vurğulayıb:
“Bu, daha sərfəlidir, həm nəqliyyat baxımından, həm də maliyyə cəhətdən. Hazırda qanunvericilik baxımından bunun üzərində işləyirik. Qiyməti dövlət yox, məktəb təyin edir, lakin çalışırıq ki, qiymət aşağı olsun ki, daha çox valideyn istifadə etsin. Belə halda şəhərdə maşınların sayı azalacaq. Lakin, valideyn yenə də özü seçim edə bilər ki, servis aparsın, ya da özü”.