Keçmiş deputat Əhməd Vəliyevə məxsus Odlar Yurdu Universiteti 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Universitet ötən il 7,6 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 41,8% çoxdur.
Bu ilin əvvəlinə Odlar Yurdu Universitetinin aktivləri ötən ilin əvvəlinə nisbətən 20,1% çox – 12,5 milyon manat təşkil edib.
Universitetin öhdəlikləri 2,7 milyon manat (26% çox), balans kapitalı isə 9,8 milyon manat (18,6% çox), o cümlədən nizamnamə kapitalı 1 milyon manat (dəyişməyib) olub.