Beyləqanda pəncərələri sınıq, döşəmələri çürümüş, damından su axan məktəb

Beyləqanda pəncərələri sınıq, döşəmələri çürümüş, damından su axan məktəb

Beyləqan

Beyləqan rayonunun Yuxarı Aran qəsəbəsinin 350 nəfər şagirddən ibarət yeganə məktəbi bərbad vəziyyətdədir.

Yurd.Media xəbər verir ki, 1975-ci ildə tikilən məktəbdə indiyə qədər təmir işləri aparılmayıb, məktəbin pəncərələri sınıq, döşəmələri çürüyüb və dam örtüyü yağışa davam gətirmir. Qış aylarında isə dərslər soyuqda keçirilir.

"İTV"yə danışan sakinlər bildirirlər ki, məktəb qəzalı vəziyyətdədir, istiliyə odun yandırmaqla nail olunur.

Beyləqan rayonu üzrə təhsil sektorunun sektor müavini Elvin Abbasov bildirir ki, regional idarənin tabeliyində fəaliyyət göstərən 57 məktəb, 16 bağçada cari təmir işləri görülür. 5 müəssisə də əsaslı təmir işləri, 8 məktəb isə inşa edilib şagirdlərin ixtiyarına verilib:

"Yuxarı Aranda yerləşən Sirac Mehdiyev adına tam orta məktəbdə bu günə qədər əsaslı təmir işləri olmasa da, məktəbin vəziyyəti ilə tanışıq. Yaxın gələcəkdə vəsait ayrıldıqda əsaslı təmir və bərpa işləri nəzərdə tutulub".