SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Beyləqanda kənd məktəbliləri arasında intellektual çempionat keçirilib

Beyləqanda kənd məktəbliləri arasında intellektual çempionat keçirilib

  • 16 dekabr 2025, 13:18
Beyləqan

"Xocavənd Gənclərinin İnkişafına Dəstək" İctimai Birliyinin təşkilatçılığı və Beyləqan rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə rayonun kəndlərində təhsil alan məktəblilər arasında intellektual çempionat baş tutub.

Yurd.Media xəbər verir ki, gənclərin asudə vaxtının səmərəli təşkili, məntiqi və analitik təfəkkürünün inkişaf etdirilməsi, habelə milli-mənəvi dəyərlərin təbliği məqsədilə keçirilən yarışda 12 komanda birincilik uğrunda mübarizə aparıb.

Çempionatda səsləndirilən suallar əsasən milli mövzuları — Azərbaycan tarixini, zəngin mədəniyyətini, ədəbiyyatını və vətənpərvərlik ənənələrini əhatə edib. 24 sualdan ibarət olan gərgin və maraqlı bilik mübarizəsinin yekununda ən yüksək nəticə göstərən üç komanda turnirin qalibi adını qazanıb.

Sonda qalib gələn komandalar təşkilatçılar tərəfindən diplom və mükafatlarla təltif olunublar. Qeyd edilib ki, kənd məktəblilərinin intellektual potensialını üzə çıxarmaq və onların hərtərəfli inkişafını dəstəkləmək məqsədilə bu qəbildən olan layihələrin davam etdirilməsi nəzərdə tutulur.

Skat.az - Ev və Avtomobil elanları