SÜJET
Bu gün Bakıda Gülüstan sarayında "Olimpiada Bilik Forumu" təşkil olunub.
Yurd.media xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşı olduğu Fred's English beynəlxalq ingilis dili mərkəzi tərəfindən keçirilən forum şagird və gənclərə ingilis dili biliklərini yoxlamaq imkanı verib.
Forumda müxtəlif sahələrdə fəaliyyət göstərən mentorlar çıxış ediblər.
Onlar forumun əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, nəticələr 10 gün ərzində açıqlanacaq, yer tutan iştirakçılara müxtəlif hədiyyələr təqdim olunacaq.