SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bakı məktəbində YENİLİK: Şagirdlərin davamiyyəti ilə bağlı valideynə bildiriş göndərilir

Bakı məktəbində YENİLİK: Şagirdlərin davamiyyəti ilə bağlı valideynə bildiriş göndərilir

  • 13 aprel 2026, 23:46

Bakıda şagirdlərin davamiyyəti ilə bağlı valideynlərin "WhatsApp" nömrəsinə bildiriş göndərilməsi sisteminin tətbiqinə başlanılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Yurd.Media-ya bildirilib ki, Bakıdakı 12 nömrəli tam orta ümumtəhsil məktəbində QR kod əsaslı "Elektron davamiyyət" sistemi tətbiq edilməyə başlanıb.

Bildirilib ki, QR kod dərsə davamiyyətin rəqəmsallaşdırılması, valideyn-məktəb əlaqələrinin gücləndirilməsi və şagirdlərin təhlükəsizliyinin daha effektiv şəkildə təmin edilməsi məqsədilə tətbiq edilib. Şagirdlər məktəbə daxil olarkən bu kodlar vasitəsilə avtomatik qeydiyyatdan keçirlər. Bu isə davamiyyətin real vaxt rejimində məktəb və valideynlər tərəfindən izlənilməsinə imkan yaradır.

"Elektron davamiyyət" sistemi vasitəsilə şagirdlərin məktəbə giriş vaxtı anında qeydə alınır, dərhal valideynlərin "WhatsApp" nömrəsinə bildiriş göndərilir, gecikmə və davamiyyət statistikası rəqəmsal baza üzərindən şəffaf şəkildə aparılır.

Pilot layihə olaraq 10 sinifdə tətbiq olunan yeniliyin həftə ərzində bütün sinifləri əhatə etməsi nəzərdə tutulur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları