"2026-cı ilin iyun ayına sertifiksiyanın ilk dövrəsini yekunlaşdırmağı nəzərdə tutmuşuq”.
Yurd.Media xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən media brifinqdə qeyd edib.
O bildirib ki, 4 istiqamət üzrə sertifikasiya prosesi yekunlaşdırılıb.
Nazir təhsildə ibtidai sinif mərhələsinin vacibliyini xüsusi vurğulayıb:
“İbtidai təhsilin keyfiyyəti yerində deyilsə, digər mərhələdən danışmağa dəyməz. Bizim böyük problemlərimiz məhz ibtidai təhsildədir. 4000-dən çox ibtidai sinif müəlliminin əmək müqaviləsinə xitam vermişik, onlar sertifikasiyada yüksək bal toplamış müəllimlə əvəz olunub. 10 nəfərdən 1-nin əmək müqaviləsinə xitam verilibsə, 9-nun maaşı artırılıb”.