SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Ali təhsil müəssisələrinə qəbul planı: ən çox yer ayrılan ixtisaslar

Ali təhsil müəssisələrinə qəbul planı: ən çox yer ayrılan ixtisaslar

  • 08 iyun 2025, 10:36

Ali təhsil müəssisələrinə qəbul planında qruplar üzrə ən çox yer ayrılan ixtisaslar məlum olub.

Yurd.Media xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi "Abituriyent 12" jurnalında qeyd olunub.

I ixtisas qrupu üzrə - "İnformasiya texnologiyaları" (1571 yer) və "Kompüter mühəndisliyi" (1324 yer);

II ixtisas qrupu üzrə - "İqtisadiyyat" (2013 yer), "Biznesin idarə edilməsi" (1929 yer), "Maliyyə" (1733 yer) və "Marketinq" (1655 yer):

III qrup üzrə - "Sosial iş" (1550 yer), "Xarici dil müəllimliyi (ingilis dili üzrə)" (1240 yer), "İbtidai sinif müəllimliyi" (1050 yer);

IV qrup üzrə - "Tibb" (695 yer), "Ekologiya" (590 yer), "Psixologiya" (460 yer);

V ixtisas qrupu üzrə - "Dizayn" (964 yer), "Ümumi fiziki hazırlıq" (540 yer) və "Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi" (513 yer).

Prime Leasing