SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Ali məktəblərdə boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı AÇIQLANDI

Ali məktəblərdə boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı AÇIQLANDI

  • 26 avqust 2025, 19:16

Avqustun 28-dən sentyabrın 2-dək ali məktəblərdə boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.

Yurd.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, ali təhsil müəssisələrinin qəbul planı 96.27% dolub.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı avqustun 27-si gün ərzində "Abituriyent" jurnalının 7-ci sayında dərc olunacaq. Jurnalda yalnız qəbul aparıla biləcək ixtisasların siyahısı təqdim olunacaq. Belə ki, keçirilmiş müsabiqə nəticəsində "Abituriyent" jurnalının 4-cü nömrəsində yer alan və yalnız dövlət sifarişi (YDS) əsasında qəbul aparılan ixtisaslar üzrə dövlət sifarişli (DS) yerlər qalmayıbsa, bu ixtisaslara qəbul aparılmayacaq və "Abituriyent" 7 jurnalında verilməyəcək. Jurnalda ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında geniş məlumat da təqdim olunacaq.

Prime Leasing