Zaqatala rayonunda bazarda qiymətlər digər rayonlardan və paytaxtdan daha yüksəkdir. Əkmək üçün soğanın 1 kq-ı 15-17, xalyar 27 manat və göyərtinin 1 dəstəsi 50-60 qəpikdir.
Yurd.Media xəbər verir ki, "ATV"yə şikayət edən sakinlər bildiriblər ki, Azərbaycanda ən bahalı bazar Zaqataladadır:
"Qoz, fındıq burada yetişsə də, Bakıdan bahadır. Göyərti torpaqda yetişir o da bahadır".
Satıcılar bildirib ki, bayram qabağı mallar baha gəlir, lakin bayramdan sonra qiymətlər aşağı olur:
"Əvvəldən Zaqatala bahalı yer olub".
Əmlak alqı-satqısı mütəxəssisləri isə bildirib ki, torpaq, ev, obyekt də Zaqatalada bahadır:
"Hər keçən il qiymətlərdə daha da artım müşahidə olunur. 1 sot torpağın şəhər mərkəzində qiyməti 100-150 min manatdır. Şəhərdə evlər 150-200 min, hətta 500 min manatadır".
İqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, bu gün Zaqatala rayonunda bahalığın səbəbi buraya kənar regiondan gəlib yaşamaq istəyən, istirahət üçün gələn sakinlərin sayının çox olması ilə bağlıdır.