SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Unudulmuş park: Binəqədidəki “Nəbatat” baxımsız vəziyyətdədir

Unudulmuş park: Binəqədidəki “Nəbatat” baxımsız vəziyyətdədir

  • 23 iyul 2025, 08:42
Bakı

Bakının Binəqədi rayonu ərazisində yerləşən, sakinlərin "Nəbatat" parkı adlandırdığı istirahət məkanı illərdir ki, baxımsız vəziyyətdədir. Park ərazisindəki gölü qamışlıq basıb, fontan isə yox vəziyyətindədir.

Yurd.Media Baku TV-yə istinadən xəbər verir ki, ərazidə insanların oturmağı üçün nə oturacaq var, nə də ki uşaqlar üçün oyun zonaları. Sakinlər deyirlər ki, illərdir parka yiyə duran, buranı abadlaşdıran yoxdur.

"Hər yerdə abadlaşdırma işləri görülür, amma bu park yaddan çıxıb. 10 ildir Binəqədidə yaşayıram. Məndən əvvəl burada yaşayanlar deyirlər ki, əvvəllər parkda fontan, göl, uşaqlar üçün isə qayıq olub. Sonralar bunların hamısı ləğv edilib", - sakinlərdən biri deyib.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, hazırda həmin parkla bağlı yenidənqurma işlərinin görülməsi nəzərdə tutulmayıb. Lakin gələcəkdə bu məsələyə baxıla bilər.

Ətraflı süjetdə:

Prime Leasing