SÜJET
Ucar rayonunun Qazıqumlaq kəndində kanallar uzun müddətdir qazılaraq təmizlənmir, yağış yağanda isə sular həyətlərə dolur.
Yurd.Media Xəzər TV-yə istinadən xəbər verir ki, bu problem illərdir davam edir. Kənddə qrunt sularını ötürməli olan kanalların qazılması uzun müddətdir ki, yubadılır.
Nəticədə yağış yağan kimi evlər və həyətlər su altında qalır, torpaq sahələri isə istifadəyə yararsız vəziyyətə düşür.
Sakinlərin bildirdiyinə görə, kənddə 40-dan çox ev bu problemlə üzləşir. Onların bütün müraciətləri isə nəticəsiz qalıb.
Qazıqumlaq kənd icra nümayəndəsi Mehman Məmmədov bildirib ki, məsələ kənd bələdiyyəsinin səlahiyyətindədir. Lakin bələdiyyə hələ formalaşmadığı üçün kanalların qazılıb təmizlənməsi istiqamətində nə texnika, nə də imkan var. İmkan yaranarsa, bu işlərin həyata keçirilməsi təmin olunacaq.
Ətraflı süjetdə: