SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Ucar rayonun bu kəndinin sakinləri su problemi ilə üz-üzə - VİDEO

Ucar rayonun bu kəndinin sakinləri su problemi ilə üz-üzə - VİDEO

Ucar

Ucar rayonu Əlikənd kəndinin sakinləri su problemi ilə üz-üzə qalıblar. 

Yurd.Media xəbər verir ki, 70 ailənin yaşadığı kənddə illərdir su yoxdur.

"Xəzər TV"yə şikayət edən sakinlər bildirir ki, kənddə təsərrüfat suyu ilə yanaşı, içməli su olmadığı üçün məcburiyyətdən suyu maşınla alırlar, və ya 18-20 metr dərinlikdə quyudan müəyyən qurğular vasitəsi ilə çıxarırlar.

Su maşınlarına isə ay ərzində sakinlərin 80-90 manat xərci çıxır. Dəfələrlə sakinlər aidiyyatı qurumlara məlumat versələr də, heç bir nəticəsi olmayıb.

Sakinlər payız aylarında əkilən taxıl və ot sahələrini də suvara bilməyiblər.

Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mühəndisi Natiq Rüstəmov bildirir ki, şikayətçilərin suvarma suyu başlanğıcını Şirvan suvarma kanalından götürən R-6 paylayıcısından qidalanır. R-6 suvarma kanalı Ağdaş Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin balansındadır və əsaslı təmir işləri səbəbindən suyun verilişində fasilələr yaranıb. Hazırda kanalda əsaslı təmir tamamlanmaq üzrədir. Tezliklə kəndin həmin ərazisində suyun verilişi və paylanması Sudan İstifadə Edənlər Birliyi tərəfindən növbəlilik qrafiki əsasında təmin olunacaq.

Prime Leasing