SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Tovuzda üç uşaq valideynləri tərəfindən imtina edilib

Tovuzda üç uşaq valideynləri tərəfindən imtina edilib

  • 09 aprel 2026, 15:30
Tovuz

Tovuzda üç uşaq valideynləri tərəfindən imtina edilib.

Yurd.Media xəbər verir ki, Tovuz rayonunda 15, 14 və 2 yaşında oğlan uşaqları valideynləri tərəfindən Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib və onları sığınacağa təhvil vermək istədiyini bildiriblər.

Səbəb olaraq isə analarının pisixi problemlər yaşadığı, uşaqlara baxma imkanlarnın olmadığını deyiblər.

Məsələ ilə bağlı aidiyyatı qurumlar məlumatlandırılıb.

Sosial Xidmətlər Agentliyinin məlumatı:

Tovuz rayonunda valideynləri tərəfindən atıldığı bildirilən uşaqlarla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub. Uşaqların mövcud vəziyyəti qiymətləndirilib.

Sosial Xidmətlər Agentliyinin əməkdaşları aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş apararaq uşaqları müvafiq səhiyyə müəssisəsinə yerləşdiriblər.

Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə uşaqların mənafeyi əsas götürülərək daimi qayğı ilə əhatə olunmaları üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları