SÜJET

Qeyri-sabit hava Süni intellekt Kiberdələduzluq Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi
Tovuzda kənd sakinləri ayda 70-80 manat suya pul xərcləyirlər - Bulaqlar niyə işləmir?

Tovuzda kənd sakinləri ayda 70-80 manat suya pul xərcləyirlər - Bulaqlar niyə işləmir?

Tovuz

Tovuz rayonunun Yuxarı Öysüzlü kənd sakinləri içməli suya olan tələbatlarını ya uzaq məsafədən daşımaqla, ya da suyu pulla maşınla almaqla ödəməyə məcbur qalırlar.

Yurd.Media xəbər verir ki, sakinlər "İctimai TV"-yə bildiriblər ki, hər ay 3-4 maşın su gətizdirirlər və bu da onların büdcəsinə ciddi təsir göstərir. Suya ayda 70-80 manat xərcləyən ailələr var. Onların sözlərinə görə, ərazidə 3 il əvvəl bulaqlar tikilərək su xətləri ilə təmin edilsə də, həmin bulaqlardan indiyədək su gəlmir.

Sakinlərin sözlərinə görə, bu müddət ərzində hər gün suyun olub-olmadığını yoxlayırlar. Onlar bildiriblər ki, aşağı hissədə böyük bir hovuz inşa olunub və deyilənə görə, su oradan vurulacaq.

Yuxarı Öysüzlü kəndi ilə yanaşı, qonşu kəndlərdə də bu cür bulaqlar quraşdırılıb. Bir müddətdir ki, Tovuz rayonunun bəzi kəndlərində küçələrdə bu bulaqlara rast gəlinir. Buna baxmayaraq, sakinlər həmin bulaqlardan suyun verilmədiyini deyiblər.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən məlumata görə, 2022-ci ildə Tovuz rayonunun Aşağı Öysüzlü ,Yuxarı Öysüzlü, Ağdam, Vahidli, Əlibəyli, Hacılali və Yuxarı Mülkülü kəndlərini əhatə edən bulaq layihəsi həyata keçirilib. Layihə çərçivəsində 6 ədəd subartezian quyusu inşa olunub. Hazırda elektrik xətlərinin çəkilişi başa çatmaq üzrədir. İşlər yekunlaşan kimi bulaqlara suyun verilməsi təmin ediləcək.

Qeyd edək ki, layihənin icrası nəticəsində Tovuzun təxminən 20 min sakininin içməli su ilə təchizatının yaxşılaşdırılması nəzərdə tutulur.