SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Sumqayıtda ustaların yarışması keçirilib

Sumqayıtda ustaların yarışması keçirilib

İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzi Sumqayıt şəhərində növbəti “Usta mənəm!” peşə müsabiqəsi keçirilib.

Yurd.Media xəbər verir ki, Peşə Təhsil Mərkəzində təşkil olunan tədbirin açılış mərasimində çıxış edən qonaqlar və müxtəlif dövlət qurumlarının nümayəndələri peşə təhsilinin əhəmiyyətindən danışıblar. Çıxışlarda əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkili, gənclərin praktiki bacarıqlarının inkişaf etdirilməsi və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanıb.

Rəsmi hissədən sonra Sumqayıt şəhəri üzrə “Usta mənəm!” peşə müsabiqəsinə start verilib. Müsabiqədə 23 usta birincilik uğrunda mübarizə aparıb. Yarış iştirakçıları müxtəlif tapşırıqları yerinə yetirərək peşə bacarıqlarını nümayiş etdiriblər.

Bildirilib ki, bu cür müsabiqələr peşə sahiblərinin bilik və bacarıqlarının artırılması, həmçinin gənclərin peşə təhsilinə marağının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları