Cari ilin 8 ayında (yanvar-avqust) DOST mərkəzlərində ümumilikdə 580 min vətəndaşa xidmət göstərilib.
Yurd.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata əsasən, 2019-cu ilin may ayından ötən dövrdə ölkəmizdə 7 DOST mərkəzi, Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı açılıb.
Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.
DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,6 faizdir.