SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Siyəzəndə evləri su ilə dolan sakinlərə ciddi ziyan dəyib

Siyəzəndə evləri su ilə dolan sakinlərə ciddi ziyan dəyib

Siyəzən

Selin fəsadları Siyəzəndə davam edir.

Siyəzən rayon Böyük Həmyə kəndində güclü yağış nəticəsində yaranan sel suları ciddi fəsadlara yol açıb.

Yurd.Media xəbər verir ki, 60-dan çox ev sel suları ilə dolub.

"Xəzər TV"-yə danışan sakinlər bildiriblər ki, ev avadanlıqları bərbad vəziyyətdədir.

Böyük Həmyə kənd icra nümayəndəsi Rahib Məmmədov qeyd edib ki, sel suları nəticəsində 200-ə yaxın sakin təxliyə edilib. Xəsarət alan olmasa da, sakinlərə külli miqadarda ziyan dəyib. Hazırda əraziyə aidiyyatı qurumların əməkdaşları gəlib və evlərə baxış keçirilib. Sakinlərə dəyən ziyanla bağlı qeydiyyat aparılır.

Prime Leasing