Şəkidə köhnə bağça binası xarabalığı xatırladır.
Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, baxımsız binanın ətrafında olan kol-kos və otlar buranı it, çaqqal və ilanların məkanına çevirib.
Şəki şəhəri, Allahyar Əhmədov küçəsində 2013-cü ilədək fəaliyyət göstərmiş 6 nömrəli uşaq bağçasının bu vəziyyəti ətrafda yaşayan sakinlərin də narazılığına səbəb olub.
Onların sözlərinə görə, gecələr sahibsiz binaya itlər, çaqqallar yığılır, ətrafda ilanlar görünür.
Bina isə Şəki Mənzil İstismar Sahəsinin balansındadır. Bina qəzalı olduğundan bağça başqa yerə köçürülüb və heç bir iş aparılmayıb.
Şəki Mənzil İstismar Sahəsindən bildirilib ki, binanın qəzalı olması ilə bağlı aidiyyəti qurumlara müraciət edilib.
“Onlar müvafiq formada cavab verdikdən sonra tərəfimizdən binada söküntü işləri aparıla bilər”, - deyə qeyd edilib.
Ətraflı süjetdə: