SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Saxta kərə yağını necə tanıyaq? – Azad İstehlakçılar Birliyindən VACİB XƏBƏRDARLIQ

Saxta kərə yağını necə tanıyaq? – Azad İstehlakçılar Birliyindən VACİB XƏBƏRDARLIQ

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov xəbərdarlıq edir ki, "nənəmin nehrəsi", "nənəmin yağı" adı altında satılan kərə yağlarının əksəriyyəti əslində margarin və müxtəlif qatqılardan hazırlanmış "kərə yağı imitasiyalarıdır".

Yurd.Media xəbər verir ki, Eyyub Hüseynov bu barədə ATV-nin 'Xəbərin Olsun" verilişində bildirib ki, bəzən izləyicilərimiz bizə görüntülər atırlar, yazırlar ki, kərək yağı aldıq, amma saxta çıxdı. Bu səbəbdən istehlakçılara tövsiyə olunur ki, aldıqda diqqətli olsunlar, çünki 21 dərəcədə saxlanan təbii yağ bərk olur, saxta yağ isə yumşaq.

Qurum sədri əlavə edir ki, əgər etiket yoxdursa, vizual olaraq da seçmək mümkündür, amma istehlakçı məhsulu sıxmalı, bərkliyinə fikir verməlidir. O, eyni zamanda bildirir ki, bəzən inək şəkli qoyurlar, yazırlar natural maslo, amma kiçik hərflərlə margarin yazılır, bu da istehlakçıları çaşdırır.

Prime Leasing