SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Bakıda açıq lükların yaratdığı təhlükə - FOTOLAR

Bakıda açıq lükların yaratdığı təhlükə - FOTOLAR

Bakı

Bakının Zabrat-Maştağa şossesində, xüsusilə Zabrat 2 dairəsi yaxınlığında yağış barmaqlıqlarının üstünün açıq qalması insanlar üçün təhlükəli vəziyyət yaradır.

Yurd.Media xəbər verir ki, bu yolun yaxınlığında fiziki məhdudiyyətli şəxslərin yaşadığı binalar və görmə imkanları məhdud olan şəxslər üçün bərpa mərkəzi yerləşir. Belə görmə qüsurlu insanlar üçün də bu cür açıq lüklar böyük təhlükə yaradır.

Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edildikdən sonra məlum olub ki, həmin lük qapaqları tez-tez oğurlandığı üçün bəzən açıq vəziyyətdə qalır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Yurd.Media-ya verilən məlumata görə, bu cür halların qarşısını almaq məqsədilə açıq qalan lükların yerində ölçü işləri aparılacaq və yaxın günlərdə onların üzərinin bağlanması təmin olunacaq.

Qurumdan bildirilib ki, belə bir problem ilə rastlaşan sakinlər qaynar xəttə müraciət etsinlər, çünki bəzi kənar yerləri tez-tez yoxlamaq olmur. 

Qeyd edək ki, Bakının digər ərazisində belə açıq lükların birinə düşən vətəndaşın axtarışları hələ də davam edir.

Prime Leasing