Samuxda kəndin su probleminə çarə axtarılır.
Samux rayon Köbər kəndində sakinlər içməli suya həsrətdilər, həmçinin qrunt sularından da əziyyət çəkirlər.
Yurd.Media xəbər verir ki, kənddə artezian quyusu yoxdur. Kanaldakı sudan istifadə etsələrdə, su çirklidir.
"ATV"yə danışan sakinlər bildirib ki, çirkli suya görə zob xəstəliyindən əziyyət çəkirik.
Samux rayon su Meliorasiya sistemləri istismarı idarəsinin baş mühəndisi Elşən Rüstəmov deyib ki, Köbər kəndinin ərazisində artezian quyularının qazılması nəzərdə tutulmayıb.
"Ərazi qumsal torpaq olduğundan burda artezian quyusu cəmi 15-20 gün davam gətirə bilər. İşləsə belə çatdırıb qrunt sularını ərazidən uzaqlaşdıra bilməz. Ərazidən qrunt sularının süni yolla axıdılması üçün drenaj kanalları çəkilib. Lakin bəzi ərazilər var ki, ora texnikanın girməsi mümkün deyil. Həmin ərazilərin yay aylarında təmizlənməsi mümkün olacaq. Qara saqqal kanalının 5 km-liyi beton üzlüyə alınsa ərazidə suların nisbətən azalmasına kömək olacaq. İşlərin görülməsi üçün də layihə-smeta hazırlanıb və aidiyyatı üzrə təqdim olunub",- deyə E.Rüstəmov vurğulayıb.